Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Feysbuka qarşı boykot kampaniyası böyüyür

Feysbuka qarşı boykot kampaniyası böyüyür

Tarix: 2 Iyul 2020 23:56

Feysbukun nifrət nitqləri qarşısında səssiz qalması ucbatından başladılan #StopHateforProfit (qazanc üçün nifrətə yox) kampaniyası sürətlə böyüyür.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, qeyri-hökumət təşkilatları tərəfindən start verilən kampaniyaya ən son qoşulan şirkət avtomobil nəhəngi Honda olub.

İlk olaraq The North Face-in dəstək verdiyi boykota daha sonra REI, Upwork, Patagonia və Dashlane kimi brendlər qoşulub. Ardınca Starbucks, Unilever, Verizon, Ben&Jerry's, Magnolia Pictures və Hershey firmaları da aktiv dəstək verir. Coca-Cola-nın da daxil olduğu etiraz kampaniyası Feysbuku iflasa uğratmasa da, ciddi məbləğ itirməsinə səbəb olub.

Məsələ haqqında Feysbukun Qlobal İşçi Qrupunun sədr müavini Carolyn Everson-un "hər markanın qərarına böyük sayğı duyuruq. Nifrət nitqinin silinməsi üçün ciddi iş aparmağa fokuslanmağa davam edirik" dediyi bildirilir.


Etiketlər:  Feysbuka qarşı boykot kampaniyası böyüyür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ