Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın sabiq məşqçisi ''Valensiya''da

''Qarabağ''ın sabiq məşqçisi ''Valensiya''da

Tarix: 3 Iyul 2020 12:54

"Qarabağ"ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, doğulduğu Valensiya şəhərinin eyniadlı klubunda çalışacaq. 37 yaşlı mütəxəssis 2020/21 mövsümündə "Valensiya" Akademiyasında "Yuvenil B" komandasının birinci məşqçisi vəzifəsində işləyəcək.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, 2018-ci ilin yanvarında köməkçi məşqçi kimi təyin olunduğu Danimarkanın "Orxus" klubundan ötən ay ayrılıb.


Etiketlər:  Qarabağın sabiq məşqçisi Valensiyada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ