Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

Tarix: 3 Iyul 2020 17:45

Bakı. Elçin Mehdiyev – Trend:

Bəzi təşkilatlar icazə sistemindən sui istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bir sıra əməkdaşlar icazədən aidiyyatı üzrə istifadə etməyib. Bu səbəbdən də 85 minə yaxın icazə ləğv edilib.

Ü.Mehdiyev əlavə edib ki, həftə sonu icazədən istifadə oluna bilməz, icazəsi olan şəxslər həftə sonu icazədən sui-istifadə edib evdən çıxa bilməz, bunun üçün onlar sıravi vətəndaşlar kimi 2 saatlıq icazə alıb çıxa bilərlər.

O əlavə edib ki, xüsusi karantin rejimi tətbiq edilən 2 həftə ərzində 750 minə yaxın icazə alınıb.


Etiketlər:  Ülvi Mehdiyev 85 minə yaxın icazə ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ