Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 10:16
Bakı. Trend:
Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 327 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə Nazirliyinin İctimai səhiyyə idarəsinin rəisi Aynura Akmatova deyib.
Onun sözlərinə görə, Qırğızıstanda koronavirusa yoluxanların ümumi sayı 7 094 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 2 nəfər ölüb, 59 nəfər sağalıb, ölənlərin ümumi sayı 78 nəfər, sağalananların ümumi sayı isə 2 714 nəfərdir.