Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)

Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)

Tarix: 4 Iyul 2020 13:39

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, siqaretlərin və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF"və "Mercedes-BenzActros" markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrindən birinin sürücüsünün üzərində gömrük nəzarətindən gizlədilən iki ədəd "Vertu" markalı mobil telefonlar, digər yük avtomobilinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1600 ədəd " Parliament Heets" markalı siqaret və 400 kapsul dərman preparatları aşkar edilib.

Hər ikifaktla bağlı araşdırma aparılır.

Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO) - Gallery Image Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO) - Gallery Image


Etiketlər:  Gömrükdə qanunsuz mobil telefonlar siqaretlər dərman preparatları müsadirə edilib FOTO


RƏYLƏR