Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 16:18
FIFA "Arsenal"ı 40 min İsveçrə frankı (təxminən 37.6 min avro) məbləğində cərimələyib.
Qol.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Qərarın çıxarılmasına London klubunun transfer zamanı qaydaları pozması səbəb olub. Ali futbol qurumu “topçular”a xəbərdarlıq da edib.
Klub 2018-ci ildə Yunanıstan PAOK-una satdığı Çuba Ekpomun və İtaliya təmsilçisi "Frosinone"yə keçən Coel Kempbellin transferinə görə cəza alıb. "Arsenal"ın futbolçuların başqa İngiltərə təmsilçisinə satılmaması üçün klublara şərt qoyduğu üzə çıxıb.