Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA kosmos qoxusundan ibarət ətir istehsal edəcək

NASA kosmos qoxusundan ibarət ətir istehsal edəcək

Tarix: 4 Iyul 2020 23:16

NASA kosmosun quruxusu ilə maraqlananlar üçün ətir istehsal edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, əlçatanlığı təmin etmək məqsədilə ətirin ilkin qiyməti 15 dollar müəyyənləşib.

Ətiri hazırlayan Steve Pearce adlı kimyagər hələ 2008-ci ildə NASA ilə müqavilə imzalayıb. 4 ildir, üzərində işlər aparılan ətir öncə astronavtların uçuşdan öncəki təlimləri üçün nəzərdə tutulub.

Ətiri testdən keçirən mütəxəssislərin sözlərinə görə, kosmos ətri yenicə atəş açmış silahın qoxusuna bənzəyir və kifayət qədər acı, gözyaşardıcı təsir bağışlayır.

Milli.Az


Etiketlər:  NASA kosmos qoxusundan ibarət ətir istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ