Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hətta Tonqa millisi də Argentinanı udar" - Maradona

Tarix: 17 Iyun 2019 17:16

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona millinin Amerika kubokunda Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, mütəxəssis yığma üzvlərini sərt tənqid edib:

"Bilirsiniz, hətta Tonqa millisi də Argentinanı uda bilər. Biz bu komandaya imic qazandırmışıq. İndiki futbolçular isə bunu xərcləyirlər. Onlar millinin formasını öz anaları kimi bilməlidirlər".

Qeyd edək ki, Tonqa Krallığı Okeaniyada yerləşir. 103252 əhalisi olan ölkə FİFA reytinqində 206-cı pillədə yer alır.

 


Etiketlər:  Hətta Tonqa millisi Argentinanı udar Maradona


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ