Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mandzukiç Qətər klubundan ayrıldı

Mandzukiç Qətər klubundan ayrıldı

Tarix: 6 Iyul 2020 10:22

Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb. O, klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bildirib.

Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada 7 oyuna cəmi 1 qol vurub. 

 


Etiketlər:  Mandzukiç Qətər klubundan ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ