Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azercell-dən möhtəşəm rəqəmsal şou!

Azercell-dən möhtəşəm rəqəmsal şou!

Tarix: 18 Iyun 2019 03:21

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan Azercell fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır. İyun ayının 21-i Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə Azercell bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.

Azercell bu mühüm günün sevincini bütün ölkə ilə paylaşacaq. Odur ki, dünyaca məşhur mügənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçiriləcək və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirəcək ilin ən valehedici şousuna giriş sərbəstdir! Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutacaq tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşəcəklər.

Biz yeni rəqəmsal dövrümüzə sizinlə addımlamaq və fəaliyyətimizin tarixi günü kimi qeyd ediləcək bu günü hər birinizlə paylaşmaq istəyirik! Musiqinin sehrinə qapılacağınız bu şouda Rəqəmsal gələcəyi Azercell ilə qarşılayaq!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azercell dən möhtəşəm rəqəmsal şou


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ