Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub

Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub

Tarix: 7 Iyul 2020 08:52

Bakı. Trend:

Boliviya prokurorluğu rəsmi olaraq keçmiş prezident Evo Moralesi terrorizmdə ittiham edərək onun həbs olunmasını dair sorğu göndərib.

Trend-in məlumatına görə, bu barədə prokurorluğun mətbuat xidməti bildirib.

Bildirilib ki, "Səsyazma İşini" icra edən prokurorlar komissiyası sabiq prezident Evo Moralesi terrorizm və terrorçuluğun maliyyələşdirilməsində rəsmi olaraq ittiham etmək qərarına gəlib.

Morales istefasından sonra başlayan "2019-cu il noyabr toqquşmaları zamanı şəhərlərin qida blokadasını əlaqələndirməkdə ittiham olunur.

Öz növbəsində sabiq prezident prokurorun qərarını siyasi təqib adlandırıb.


Etiketlər:  Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ