Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 12:20
"Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam".
Sonxeber.net xəbər verir ki, bu fikirləri modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.
Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:
"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram".
Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.