Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3D printerlə bitki tərkibli ət istehsal edildi

3D printerlə bitki tərkibli ət istehsal edildi

Tarix: 7 Iyul 2020 21:40

Redefine Meat şirkəti tərəfindən 3D printer vasitəsilə istehsal edilən və bitki tərkibli ət təqdim edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Alt-Steak" adlandırılan məhsulun 2021-ci ildən etibarən yayğınlaşması gözlənilir.

Ətin yerini alması düşünülən yeni məhsul 2018-ci ildə yaradılan şirkətin patenti üçün müraciət etdiyi məxsusi texnologiya ilə hazırlanıb.

Şirkətdən verilən açıqlamaya görə, 3D printer vasitəsilə istehsal edilən Alt-Steak bu ilin sonunadək lüks restoranların menyusunda yer alacaq.

Redefine Meat-in baş direktoru Eschar Ben-Shitrit məhsulların necə hazırlandığı barədə danışarkən bildirib ki, premium ətin dad və hissini təqlid edə bilmək üçün qəssab, aşpaz, qida mühədislərindən kömək alıblar.

Milli.Az


Etiketlər:  3D printerlə bitki tərkibli ət istehsal edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ