Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 00:46
Naxçıvanda qeyri-adi toy mərasimi baş tutub.
Sonxeber.net xəbər verir ki, Cavid və Çinarə adlı cütlük Şərur rayonunun Dizə kəndində, Arpaçayın kənarında evləniblər.
Bir neçə müddətdir ki, nişanlı olan cütlüyün mərasimində yalnız ailə üzvləri iştirak edib. Cütlüyün yaxınlarının sosial şəbəkələrdəki paylaşımına görə, Cavid nişanlısını qaçırıb. Nikah mərasimi daha sonra baş tutub.
Bəy və gəlinin geyimini, toy mərasiminin sadəliyini hər kəs təqdirlə qarşılayıb.
Qeyd edək ki, Azərbaycanda sərt karantin rejimi çərçivəsində toy və yas mərasimlərinin kütləvi şəkildə keçirilməsi qadağandır. Bununla belə, gənclər dəbdəbəli toy əvəzinə sadə nikahla ailə qurmağa üstünlük verirlər. (publika.az)