Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrokubok təmsilçilərimizin hazırlıq planı

Avrokubok təmsilçilərimizin hazırlıq planı

Tarix: 9 Iyul 2020 17:40

Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək dörd klubdan üçünün – “Qarabağ”, “Neftçi” və “Keşlə”nin hazırlıq planı bəllidir.

Bu barədə sözügedən klubların mətbuat xidmətindən Qol.az-a məlumat verilib. Ölkəmizi ardıcıl 7-ci dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” iyulun 12-də “Qəbələ”yə yollanacaq. Ağdam klubunun Azərbaycanın digər avrokubok iştirakçıları ilə yoxlama oyunları nəzərdə tutulub.

Avrokubok təmsilçimiz “Neftçi” də “Qarabağ”la eyni gündə “Qəbələ”yə gedəcək. “Ağ-qaralar”ın ayın sonuna qədər orada hazırlıq keçməsi daha sonra isə pandemiya ilə bağlı veriləcək qərara əsasən addım atacağı nəzərdə tutulub.

“Keşlə” isə hazırlıq üçün Şamaxını seçib. Komanda yaxın iki həftə ərzində Şamaxı Olimpiya Komleksində məşq keçəcək. Paytaxt təsmilçisi bu həftənin sonu və ya gələn həftənin əvvəlində Şamaxıya səfər etməyi planlaşdırır.

Tarixində ilk dəfə Avropa Liqasında iştirak edəcək “Sumqayıt”da isə hələlik hazırlıqla bağlı plan dəqiqləşməyib.

Qeyd edək ki, komandalar toplanışa yollanmazdan əvvəl Bakıda test verəcəklər.
 

 


Etiketlər:  Avrokubok təmsilçilərimizin hazırlıq planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ