Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 15:06
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Çukayeva Liliya Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin