Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 23:52
Tvitter Türkiyə və Qətərin əleyhinə paylaşımlar edən Birləşmiş Ərəb Əmirliklərindən yönləndirilən bir neçə hesabı bağlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, araşdırmalar nəticəsində sözügedən 19 hesabın keçən il müxtəlif adlarla 90-dan çox məqalə yayımladıqları məlum olub.
Özlərini mütəxəssis kimi təqdim edən hesab sahiblərinin BƏƏ tərəfindən yönləndirildiyi ortaya çıxıb. Hesab sahiblərinin Türkiyənin Liviyadakı rolundan narahat olduqları da sübut edilib.