Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 01:48
Bakı. Trend:
ABŞ Çinin keçmiş və hazırkı məmurlara, habelə Sincan Uyğur Muxtar Bölgəsi İctimai Təhlükəsizlik Təşkilatına qarşı sanksiyalar tətbiq etdi.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
Bildirilib ki, məhdudiyyətlər "Sincan Uyğur Muxtar Bölgəsindəki etnik azlıqlara qarşı ciddi qanun pozuntuları" ilə əlaqədar tətbiq edilib:
"ABŞ Sincan və bütün dünyada insan hüquqlarını pozanları məsuliyyətə cəlb etmək üçün bütün maliyyə imkanlarından istifadə etməyə sadiqdilər".