Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

Tarix: 10 Iyul 2020 07:40

Bakı. Trend:

Boliviya prezidentinin səlahiyyətlərini icra edən Janin Anyes koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə J.Anyes "Twitter" səhifəsində bildirib.

J.Anyes deyib: "Son bir həftə ərzində [komandamdan] bir çoxunda koronavirusun aşkarlandığını nəzərə alaraq testdən keçdim və onun da nəticəsi pozitiv çıxıb".

Boliviya prezidentinin səlahiyyətlərini icra edən qeyd edib ki, o özünü yaxşı hiss edir.

"Vəziyyətimi yoxlamaq üçün daha bir analizi verənə qədər iki həftə müddətində karantində olacam".


Etiketlər:  Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ