Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 10:40
Bakı. Samir Əli - Trend:
Covid-19 İnfeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalı vakant yerlər elan edib. Hospitaldan Trend-ə verilən məlumata görə, vakansiyalar aşağıdakı yerlər üzrə elan olunub:
Həkim
Vakansiya tələbləri:
- Ali tibb təhsili;
- Səhiyyə Nazirliyinin sertifikasiyası
- Tibb sahəsində minimum 1 il iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;
- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək;
- Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək;
- Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
- Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
- Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək;
- Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək;
- Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;