Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 11:27
Belçikada üçölçülü printer vasitəsilə ucaldılan dünyada ilk ikimərtəbəli ev yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, arxitektor Pit Veylemansın sözlərinə görə, mütəxəssislərin qiymətləndirməsinə görə, belə tikinti nəticəsində atmosferə 50 faiz daha az karbon qazı buraxılır və vaxta daha çox qənaət edilir – tikinti işləri çox sürətli gedir.
Məlumata görə, ev Antverpen əyalətinin Vesterlo kommunasında yerləşir. Bütün tikinti prosesinə 15 gün sərf olunub. Sahəsi 90 kvadratmetr olan ev üçün beton divarlar qat-qat olmaqla avtomatik sistem tərəfindən inşa edilib. Layihə Tomas Mor Tətbiqi Elmlər Universitetinin tələbələrinin diplom işinin mövzusudur. Texnologiya inşaat sahəsinin nümayəndələri tərəfindən marağa səbəb olub.
Üçölçülü printerin köməyi ilə yaradılan ilk birmərtəbəli ev iki il əvvəl Fransada tikilib. Lakin o zaman poliuretandan ibarət çap edilmiş konstruksiyanın içi betonla doldurulub.
Nizam Nuriyev