Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 11:40
Əməkdar artist Elza Seyidcahan yenə də fərqli görünüşdə obyektiv qarşısına keçib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni bu dəfə cırıq taytdan istifadə edib. Başına isə qara "kapron" keçirib.
Seyidcahan şəkillərinin bir qismini İnstaqram-da yayımlayıb. İzləyiciləri isə onu tənqid atəşinə tutublar.
Elzanın ünvanına "Axı nənəsən, bu nə şalvardır", "Şalvarını başa düşdük, it parçalayıb, bəs başına keçirdiyin soğan torbası nədir?", "Yaşına yaraşdırmadım" kimi rəylər yazıblar.