Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub

Tarix: 10 Iyul 2020 12:48

Bakı. Trend:

Çinin cənubi, cənub-qərbi, şərqi və mərkəzi əyalətlərində aramsız yağışlar nəticəsində baş vermiş daşqınlar 30 milyondan çox sakinə ziyan vurub.

Trend-in məlumatına görə, azı 140 nəfər ölüb və ya itkin düşmüş hesab edilib.

Daşqınlardan ən çox Tszyansi, Hubey, Hunan, Quandun, Sıçuan, Quyçjou əyalətlərinə zərər dəyib. Daşqın zonasından 1,7 milyondan çox sakin təxliyə olunub.

Həmin əyalətlərdə 270 mindən yaşayış binası və tikili dağılıb, daşqınların vurduğu iqtisadi ziyan 9 milyard dollara yaxın məbləğdə ölçülür.


Etiketlər:  Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ