Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gündən iyulun 13-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Bu gündən iyulun 13-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Tarix: 11 Iyul 2020 07:02

Karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

İlk belə məhdudiyyət ötən həftəsonu - 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək tətbiq edilib. Növbəti məhdudiyyət isə gələn həftəsonu - 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək nəzərdə tutulur.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarında xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırılıb.

Milli.Az


Etiketlər:  Bu gündən iyulun 13 dək 16 şəhər rayonda ictimai nəqliyyat işləməyəcək


RƏYLƏR