Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 14:00
Şimali İrlandiyanın “Linfild” klubunun qapıçısı Roan Fergüson ötən yay Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları yada salıb.
Qol.az-ın xəbərinə görə, o, ölkəsinin mətbuatına müsahibəsində deyib:
“Biz işimizin öhdəsindən layiqincə gəlirdik. Əvvəl “Torshavn”ı, sonra “Sutyes”kanı çıxardıq. “Qarabağ”la matçlarda isə bəxtimiz gətirmədi. Elə çox komanda yoxdur ki, onlar yalnız vurulan və buraxılan qollardakı nisbətə görə qrupa düşə bilməsin”.
Xatırladaq ki, səfərdəki oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzsa da, Bakı 2:1 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçisi səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayıb.