Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 14:12
Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında koronavirus pandemiyası ilə əlaqədar avqustun sonunadək 8 min məhbus azad ediləcək.
Trend-in məlumatına görə, qərar pandemiya şəraitində həbsxanalarda sıxlığın azaldılması məqsədilə qəbul edilib.
Qeyd olunur ki, azadlığa yalnız həbs müddətinin maksimum 1 ili qalmış məhbuslar çıxa biləcək.
Mart ayından başlayaraq Kaliforniyada artıq 10 minədək məhbus azad edilib.