Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pepdən UEFA-ya mesaj

Pepdən UEFA-ya mesaj

Tarix: 12 Iyul 2020 16:16

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, futbolçuları yeni mövsümdə Çempionlar Liqası yarışında oynamağı haqq edirlər.

Qol.az-ın məlumatına görə, o, “Sky Sports”a müsahibəsinə deyib: “Hazırda yaxşı vəziyyətdəyik. Həm Premyer Liqa, həm də Çempionlar Liqasına tam hazırıq. ÇL-də oynamaq haqqımızdır. Futbolçularım son 6-7 ildə bu nəticəni əldə ediblər. Biz bu uğurları meydanda qazanmışıq. Ümid edirəm ki, bazar ertəsi günü UEFA komandamızın növbəti mövsüm ÇL-də oynamasına icazə verər”.

Qeyd edək ki, sabah İdman Arbitraj Məhkəməi (CAS) “Mançester Siti”nin şikayətinə baxacaq. İddia olunur ki, CAS şikayəti klubun xeyrinə həll edəcək.

Xatırladaq ki, UEFA “Siti”nin maliyyə feyr-pley qaydalarını əsas gətirərək klubu növbəti avrokubok turnirlərindən uzaqlaşdırıb.

 


Etiketlər:  Pepdən UEFA mesaj


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ