Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Viber Feysbuk ilə bütün əlaqələrini kəsir

Viber Feysbuk ilə bütün əlaqələrini kəsir

Tarix: 12 Iyul 2020 22:56

Populyar Viber messencerinin komandası Feysbuk ilə bütün iş əlaqələrinin dayandırıldığını elan edib. Feysbuk Connect, Feysbuk SDK və Giphy, Viber tətbiqindən çıxarılacaq, çünki xidmət artıq Feysbuka məxsusdur. Bundan əlavə, şirkət sosial şəbəkədəki bütün reklam kampaniyalarını dayandırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Viber komandası Feysbukda çox sayda görünən mənfi yazıların dalğası içərisində bir qrup beynəlxalq hüquq-mühafizə təşkilatı (ADL və NAACP daxil olmaqla) tərəfindən başladılan qlobal #StopHateForProfit hərəkatına qoşulub.

Viber-in mətbuat xidməti bildirib ki, bu, Feysbukun platformaya nifrət oyadan nəşrlərə münasibətdə hərəkətsizliyinə etirazdır. Aksiyaya Microsoft, HP, Unilever, Ford Motor, Coca-Cola, PepsiCo, Adidas, Reebok, Starbucks və başqaları daxil olmaqla dünyanın 200-ə yaxın şirkət və təşkilatı qoşulub.

Milli.Az


Etiketlər:  Viber Feysbuk ilə bütün əlaqələrini kəsir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ