Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 06:48
Bakı. Trend:
Cənubi Afrika Respublikasının (Cənubi Afrika) Prezidenti Kiril Ramafosa alkoqol satışına qoyulan qadağa da daxil olmaqla, koronavirusun yayılmasının qarşısını almaq üçün hazırlanan məhdudlaşdırıcı tədbirlərin siyahısını genişləndirdi.
Trend-in məlumatına görə, alkoloqol satışına qoyulan qadağaya əlavə olaraq, 13 iyul Bazar ertəsindən etibarən ölkədə komendant saatı tətbiq olunur. Yerli vaxtla 21: 00-dan 04: 00-a qədər evdən çıxmaq qadağandır.
Küçədə maskalar taxmaq məcburi hala gəlir. Bundan əlavə, fövqəladə vəziyyət rejimi avqustun 15-dək uzadılıb.