Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 12:56
“Beşiktaş” ciddi itki ilə üzləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Kevin-Prins Boatenqin xidmətindən məhrum olub.
“Kasımpaşa” ilə oyunda zədələnən futbolçu məşqlərə qatılmır. Buna görə də o, “Yeni Malatyaspor”la oyunu buraxmalı olacaq.
Bu gün keçiriləcək “Yeni Malatyaspor” – “Beşiktaş” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.