Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni general: "KTMT isə susacaq, çünki Azərbaycan onların dostudur"

Erməni general:

Tarix: 13 Iyul 2020 17:24

Onlar bu qədər silaha, silahlanmalara sahibdirlər, onlarda hər şey gücləndirilib. Onlar bunu həmişə edirlər, birbaşa şəkildə, əvvəl avtomatdan, sonra pulemyotdan atəş açırdılar, indi artıq minaatandan atəş açırlar.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O qeyd edib ki, azərbaycanlılar hərbi əməliyyatlara başlamalı olduqlarını həmişə deyirlər.

"Yəni, Azərbaycan getdikcə təzyiqi gücləndirir. KTMT isə susacaq. Çünki Azərbaycan onların dostudur", - Ter-Tadevosyan bildirib.

Milli.Az


Etiketlər:  Erməni general KTMT isə susacaq çünki Azərbaycan onların dostudur


RƏYLƏR