Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib

Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib

Tarix: 19 Iyun 2019 08:28

Bakı. Trend:

ABŞ-ın Pensilvaniya ştatının prokurorluğu Filadelfiya limanında bir milyard dollar dəyərində təxminən 16,5 ton kokainin götürülməsi barədə xəbər verib.

Trend-in məlumatlına görə, həmin külli miqdarda narkotik vasitə "Packer Marine" limanında aşkar edilib.

Qeyd edilir ki, götürülmüş kokainin "qara" bazarındakı dəyəri bir milyard dollardan çox ola bilər.

Prokurorluğun məlumatına görə, gəmi ekipajı artıq saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb.

Prokurorluq hadisəni araşdırır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Filadelfiya limanında gəmidə kokain aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ