Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 03:40
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Polşa lideri Andjey Dudanı ikinci müddətə prezident seçilməsi münasibətilə təbrik etdi və onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.
Trend-in məlumatına görə, ABŞ prezidentinin "Twitter" səhifəsindəki təbrikində deyilir:
"Dostum, Polşa prezidenti Andrey Dudanı tarixi yenidən seçilməsi münasibətilə təbrik edirəm! Müdafiə, ticarət, enerji və telekommunikasiya təhlükəsizliyi də daxil olmaqla bir çox vacib məsələlər üzrə birgə işimizi davam etdirməkdən məmnun olacam!"