Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Başakşəhər'' və ''Trabzonspor'' səfərdə uduzublar

''Başakşəhər'' və ''Trabzonspor'' səfərdə uduzublar

Tarix: 14 Iyul 2020 08:02

İyulun 13-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında "Başakşəhər" səfərdə "Konyaspor"un qonağı olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri istanbulluları 4:3 hesabı ilə məğlub ediblər.

Günün digər görüşündə isə turnir cədvəlində ikinci pillədə qərarlaşan "Trabzonspor" səfərdə "Dənizlispor"a minimal fərqlə uduzub -2:1. "Yeni Malatyaspor" isə doğma divarlar arasında "Beşiktaş"la bacarmayıb 0:1. "Kasımpaşa" isə öz meydanında "Rizəspor"u sınağa çəkib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. "Kayserispor" - "Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib -1:1.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 57 xalla üçüncü, "Beşiktaş" klubu isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (52 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir.


Etiketlər:  Başakşəhər Trabzonspor səfərdə uduzublar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ