Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 09:54
Bakı. Trend:
Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə məlumat verilib.
Dadaşova Nuranə Ədalət qızının əlamətlərinə gəlincə, bildirilir ki, boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə - 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin