Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səfir: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir (ÖZƏL)

Səfir: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir (ÖZƏL)

Tarix: 19 Iyun 2019 10:00

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il ərzində Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayının artacağı gözlənilir.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı ilbəil artır.

E.Özoral qeyd edib ki, azərbaycanlılar Türkiyəyə səfər edənlərin siyahısında ilk yeri tutmasalar da, onların sayı ümumi turistlərin arasında çoxluq təşkil edir.

Səfir əlavə edib ki, ümumilikdə bu il ərzində Türkiyəyə yalnız Azərbaycandan deyil, bütün istiqamətlərdən gələn turistlərin sayının artacağı gözlənilir. O, əsas artımın Rusiyadan gələn turistlərin hesabına olacağının gözlənildiyini də açıqlayıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib. Bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur. Ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.

2018-ci ildə Türkiyəyə ümumilikdə 39 468 492 əcnəbi səfər edib ki, onların da arasında rusiyalı turistlər (5 986 184 ) öz saylarına görə lider olublar.


Etiketlər:  Səfir Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ