Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda "Hyundai" "KamAz"a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi

Bakıda

Tarix: 14 Iyul 2020 10:27

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini R.Abbasov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəeməni itirib və yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində R.Abbasov, həyat yoldaşı və 3 azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Bakıda Hyundai KamAza çırpıldı bir ailə xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ