Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 16:32
Bu gün “Qəbələ”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk rəqibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi kimi UEFA Avropa Liqasına qatılacaq “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində ilkin mərhələdən gələn komanda və "Dinamo" (Tbilisi) cütünün qalibi ilə qarşılaşacaq.
"Neftçi" ilk mərhələdə "Sperantsa"nı (Moldova) keçsə, 2-ci raundda Rusiya "Arsenal"ı ilə qarşılaşacaq.
"Səbail" isə ilk mərhələdə Rumıniyanın "Universitatya Krayova" klubunu keçə bilsə, 2-ci mərhələdə "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
"Qəbələ" (Azərbaycan) -"Dinamo" (Tbilisi, Gürcüstan) / “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi
"Sperantsa" (Moldova) /"Arsenal" (Rusiya) - "Neftçi" (Azərbaycan)
"Honved" (Macarıstan) - “Jalgiris” (Litva) / “Səbail” (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)
Qeyd edək ki, 2-ci raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.