Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlara əsla səssiz qalmayacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlara əsla səssiz qalmayacaq

Tarix: 15 Iyul 2020 01:38

Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlaraa əsla səssiz qalmayacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziyada canlı yayımda çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədində yaşanan təxribatla bağlı danışarkən deyib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.


Etiketlər:  Rəcəb Tayyib Ərdoğan Türkiyə Azərbaycanın haqqına hüququna edilən hücumlara əsla səssiz qalmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ