Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 22:26
Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyaya yerləşdirilənlərin sayı 345 nəfərdir.
Sonxeber.net xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, xəstələrdən 68 nəfəri süni nəfəs cihazına qoşulub.
Qeyd edək ki, bu günədək Azərbaycanda 26 165 nəfər COVID-19-a yoluxub, onlardan 17 256-sı sağalıb, 334 nəfəri isə ölüb.