Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 14:36
Bakı. Trend:
Gəncə Tibb Kolleci 17 iyun Tibb işçilərinin peşə bayramı ərəfəsində müəssiənin yeni veb səhifəsinin və loqosunun təqdimatını keçirib. Bu barədə Trend-ə Gəncə Səhiyyə İdarəsindən məlumat verilib.
Tədbirdə qonaqları salamlayan kollecin direktoru Mehman Rzayev inkişaf edən Azərbaycan Səhiyyəsinin tarixinə nəzər salaraq bildirib ki, son illər ölkəmizin bütün şəhər və rayonlarında tibb ocaqları tam təmir edilib və müasir avadanlıqlarla və invertarlarla təchiz olunub:
“Bütün sahələrdə olduğu kimi səhiyyədə də yeniliklər göz qabağındadır. Bu gün kollecimizdə yaradılan şərait də bunu deməyə əsas verir. Tələbələrimiz yüksəksürətli internet vasitəsilə elektron kitabxanadan istifadə edir, dərs proqramını müasir smart lövhələrdə mənimsəyirlər. Bu gün də kollecimiz daha bir yeniliyə imza atır. Ümidvaram ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də, tibbi təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində də aparılan işlərdə bizim kollecin payı olacaq”, - deyə M.Rzayev əlavə edib.
Sonra Gəncə Tibb Kollecinin yeni loqosu və veb səhifəsini ərsəyə gətirən “Mano” MMC şirkətinin layihə rəhbəri Şəfa Sarısoy qonaqlara görülən işlərdən danışıb. O bildirib ki, loqoda olan qara qızıl gül yenidən doğulma, yeniliyin başlanğıcı, köhnəliyin sonu, möhtəşəmliyi, özünə əminlik və daimiliyi əks etdirir. Loqoda olan 7 yarpaq kollecdə fəaliyyət göstərən 7 ixtisasın sayının göstəricisidir: Müalicə işi, Tibbi proflaktika, Mamalıq işi, Ortopedik stomatologiya, Əczaçılıq işi, Tibb bacısının işi və Laboratoruya diaqnostikasıdır. Aşağıda olan iki böyük yarpaq isə təhsil ocağını tərənnüm edir və açılmış kitab mənasını daşıyır.
Veb səhifə barədə danışan Şəfa Sarısoy bildirib ki, hər kəs gtk.az yazaraq səhifəyə daxil ola bilər. Yüksək texnologiyalı səhifədə Gəncə Tibb Kolleci barədə bütün lazım olan məlumatlar yer alıb. Bu səhifəyə daxil olanlar kollecin tarixi, fakultələr, kollecə qəbul və tədrisin təşkili, rəhbərlik və müəllimlər barədə ətraflı məlumat əldə edə bilərlər. Bundan başqa, tələblərin həyatı ilə bağlı bölüm, foto qalereya, xəbərlər bölümü saytda yer alıb.
Şəfa Sarısoy əlavə edib ki, artıq gtk.az saytına daxil olmaqla tələbələrimiz və müəllimlərimiz elektron kitabxanadan da istifadə edə biləcəklər. Layihə rəhbəri bildirib ki, gələcəkdə sayt üzərindən dissendant təhsil layihəsi üzərində iş gedir.
Təqdimat mərasimində iştirak edən Gəncə icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək bildirib ki, kollecin gündən-günə inkişaf etməsi bu tədris müəssisəsində təhsilin səviyyəsinin yüksələcəyindən xəbər verir:
“Dünən, bu gün görülən işlər bir müddət sonra öz bəhrəsini verəcək. Gəncə Tibb Kollecində yaradılan şərait bunu deməyə əsas verir. Bu gün eletron kitabxanaya, müasir avadanlıqlarla təchiz edilmiş, təmir olunmuş işıqlı otaqlarda tibb elminin incəliklərinə yiyələnən gənclərimiz bir müddət sonra Azərbaycanın tibb ocaqlarında əhaliyə yüksək xidmət göstərəcək. Mən ümidvaram ki, başlanılan bu işlər gələcəkdə də davam etdiriləcək”, - deyə başçının müavinin əlavə edib.
Sonra kollecin tələbələri çıxışlar edərək yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə, Səhiyyə naziri Oqtay Şirəliyevə, şəhər rəhbərliyinə, kollecin direktoru Mehman Rzayevə dərin minnətdarlıqlarını bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin