Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Daxili düşmənlərin qarşısında yüz minlərlə dövlətçi, vətənsevər xalq faktoru dayanıb''

''Daxili düşmənlərin qarşısında yüz minlərlə dövlətçi, vətənsevər xalq faktoru dayanıb''

Tarix: 17 Iyul 2020 10:00

Cəbhənin Ermənistanla sərhəd olan Tovuz rayonu istiqamətində təcavüzkar düşmənin təxribat cəhdlərinin qarşısı şanlı Ordumuz tərəfindən alınarkən, erməni işğalçılarına layiqli cavab verilərkən, hər bir vətənsevər azərbaycanlı bundan hədsiz qürur keçirdi, qisas hissi ilə alışıb-yandı və eyni zamanda, milli həmrəylik nümayiş etdirərək dövlətin, Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirdi.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin 6 ayın yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu xüsusda müxalifətyönlü siyasi partiyaların həmrəylik nümayiş etdirmələri ilə birgə vahid bəyanat yaymaları və eyni zamanda, dövlətin yanında olduqlarını vurğulamaları da deməyə əsas verir ki, ümummilli maraqlar daim özünü ən yüksək mövqedən göstərib və xalqın birliyi bir daha sübut etdi.

"Lakin təəssüflə qeyd etmək istərdim ki, iyulun 14-15-də xalqın paytaxt küçələrindəki milli yürüşü zamanı qaragüruhçular tərəfindən əvvəlcədən planlaşdırılmış təxribatçı qruplar öz çirkin məqsədlərini işə salmağa cəhdlər göstərdilər", deyən siyasi ekspertə görə, onların ictimai asayişi pozmağa yönəlmiş addımları, eləcə də polisə qarşı müqavimətləri artıq bu məsələdə kimlərin əllərinin olduğunu açıq-aydın şəkildə göstərdi: "Baxın, cənab Prezident çıxışı zamanı bu məsələnin üzərində dayanaraq kifayət qədər dolğun təhlilini apardı, arqumentlərlə şərh etdi. Bəs nə idi həmin arqumentlər? Birincisi, dövlət başçımız qeyd etdi ki, hansısa təxribatçı qüvvələrin, "beşinci kolon" nümayəndələrinin, satqınların yürüş iştirakçılarının daxilinə sızaraq ictimai asayişi pozmaq planları əvvəldən də istisna eidlmirdi. İkincisi, təxribatçıların əmrləri anti-Azərbaycan qüvvələrdən gəlib və onlar bilavasitə öz ağalarının tapşırıqlarını icra etməkdən ötrü canfəşanlıq edirdilər. Üçüncüsü isə, radikal müxalifətçilərin yer aldıqları təxribatçı qruplar ümummilli şüarların əksinə olaraq, tamamilə fərqli şüarlar səsləndirməklə, əslində öz xəyanətkarlıqlarını açığa çıxarmış oldular. Lakin bununla yanaşı, əgər bizlər Vətən, dövlət naminə düşmənə layiqli cavab verməyə hazırıqsa, vətəndaşlıq brcumuzdan çıxış edərək belələrinin ifşa olunması üçün əlimizdən gələn dəstəyi əsirgəməməliyik, daxili düşmənlərin layiq olduqları cəzalarının alınması üçün çalışmalıyıq".

"Onlar hələ də 90-cı illərin əvvəllərindəki xülyaları ilə yaşayırlar və nəzərə alarsaq ki, təxribatçıların əksəriyyəti bu gün özlərini "müxalifətin aparıcı partiyası" kimi ictimai rəyə zorla sırıyan qrupların tərkibində yer alırlar, bu zaman digər nüanslar da ortaya çıxmağa başlayır", deyən "SƏS" qəzetinin baş redaktoru daha bir maraqlı məqama toxunub: "Təəssüf ki, elə siyasi müxalifət partiyaları var ki, onlar sözdə bir, əməldə tamamilə fərqli fikirlərlə çıxış edirlər. Diqqət yetirsək görərik ki, daim anti-milli məqsədləri, xarici qüvvələrlə iş birliyi quran siyasi müxalifətin bəlli partiyaları bu dəfə də mətbuata çıxaraq guya ümummilli maraqlar kontekstindən çıxış etdilər, siyasi fəaliyyətlərini dondurduqlarını bəyan etdilər. Amma biz sonradan nəyin şahidlərinə çevrildik? Gördük ki, onlar sadəcə süni görüntü yaratdılar və nəticədə kirli addımları təxribat törətmək cəhdlərinə tərəf çevrildi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu məsələyə əbəs yerə diqqət çəkmədi. O bildirdi ki, bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Bəli, məhz anti-milli qüvvələrin istənilən cəhdlərinin qarşısı alınacaq belələrinin çirkablı əməlləri birmənalı şəkildə blok olunacaq. Çünki daxili düşmənlərin qarşısında yüz minlərlə dövlətçi, Vətənsevər xalq faktoru dayanıb, bundan sonra da keçilməz sipər kimi dayanacaq. Məhz iyulun 15-də törədilən təxribat artıq hər birimizə ayıq olmağı təlqin edir".

"Cəbhədə düşmənə layiqli cavab verilərkən, işğalçılar yerərində otuzdurularkən digər təxribatçı qruplar sosial şəbəkələrdə, saytlarda və s. informasiya mənbələrində çaşqınlıq yaratmağa yönəlmiş əməllərə rəvac verdilər", deyən Bəhruz Quliyevə görə, bu da sübut edir ki, erməni təcavüzkarları sərhəddə, bunlar da daxildə fəaliyyətə keçiblər: "Əlbəttə, onlarınm hər birinə bundan sonra da layiqli dərslər veriləcək, belələri cəzalarını əvvəllər də alıblar, bundan sonra da mütləq alacaqlar. Ancaq unutmamalıyıq ki, daxildəki düşmənlər ermənilərdən də betərdilər. Tarix də bunu dəfələrlə təsdiq edib. Məhz Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Buradan yenə də bəlli olur ki, sözü ilə əməli bir olmayan Xalq Cəbhəsi bu cür təxribatçıları vasitəsi ilə uğurlarımıza kölgə salmağa çalışırlar. Məgər "siyasi fəaliyyətlərini dondurduqlarını" deməklə insanları aldatmağa çalışanlar bir müddət əvvəl neftin qiymətinin aşağı düşməsi ilə bağlı bir-birlərini təbrik edənlər deyildilərmi? Buna sevinənlər xalqın, dövlətin ağır vəziyyətində daha da azğınlaşa, düşmən ermənidən daha betər əməllərə gedərlər. Məhz bu baxımdan, dövlət başçımız həmin məsələnin üzərində dayanmaqla yanaşı, bu gün həmin düşmənçiliyin başında dayananın Azərbaycan Xalq Cəbhəsi, onun çirkin, satqın rəhbərləri, özünü lider sayan qorxaqlar, fərarilər olduğunu xüsusilə xatırlatdı. Onlar müqəddəs amalımız, mübarizə və qəhrəmanlıq səlnaməmiz olan Qarabağ şüarı altında özlərinə siyasi kapital yığmaqla məşğuldurlar və hər dəfə populizm pərdəsi altındakı oyunbazlıq cəhdləri ifşa olunmaqda davam edəcək. Bundan kimsə şübhə etməməlidir".


Etiketlər:  Daxili düşmənlərin qarşısında yüz minlərlə dövlətçi vətənsevər xalq faktoru dayanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ