Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO)

UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO)

Tarix: 17 Iyul 2020 12:45

Bakı. Trend:

“UNEC-dən dünyaya” layihəsi ikili diplom və mübadilə proqramı ilə xaricdə təhsil alan tələbələrlə müsahibələri davam edir.

Layihənin budəfəki iştirakçısı UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Maliyyə” ixtisası üzrə tələbəsi Əsmər Hüseynzadədir. O, UNEC ilə Fransanın Montpellier universitetinin ikili diplom proqramı çərçivəsində 3-cü kurs təhsilini Fransada alıb. Ə.Hüseynzadə Montpellier universiteti və ikili diplom proqramı barədə təəssüratlarını UNEC News-la bölüşüb.

İki universitetin diplomunu əldə etmək şansı

Universitetə daxil olmamışdan öncə də UNEC-in ikili diplom proqramları barədə məlumatlı idim və böyük marağıma səbəb olmuşdu. Çünki xaricdə təhsil almaq mənim ən böyük arzularımdan biri olub. Tələbə olduqdan sonra ikili diplom proqramları barədə mütəmadi olaraq bizə məlumat verilirdi, elə birinci kursdan qərar verdim ki, mən ikili diplom proqramına müraciət etməliyəm. UNEC-in tələbələrinə verdiyi bu imkanı özüm həmişə özüm üçün böyük bir şans hesab etmişəm. Bir il Fransanın aparıcı universitetlərindən birində təhsil almaq, 4 ilə iki nüfuzlu universitetin diplomunu əldə etmək, düşünürəm ki, gələcək karyeramda və elmi fəaliyyətimdə mənə bir çox üstünlüklər qazandıracaq.

Montpellier universitetində təhsil almaq imkanı əldə edən 18 UNEC tələbəsindən biri oldum

Tələb olunan sənədləri təqdim etdikdən bir müddət sonra müsahibə prosesi oldu. Mənə gələcək planlarım, Fransada təhsil almaq istəyimin səbəbləri, akademik nəticələrim barədə suallar verildi. Müsahibədən uğurla keçdim və akademik göstəricilərimin yüksək olması, ingilis dilində təhsil almağım mənə üstünlük qazandırdı. Beləliklə, ikili diplom proqramını qazanan 18 UNEC tələbəsindən biri oldum.

Proqramı bitirən tələbələr arasında imtahan nəticələrinə görə UNEC tələbələri ön sıralarda idi

Bu il ikili diplom proqramında iştirak edən tələbələrin sayı çox olduğundan istər-istəməz qrupda diqqət çəkirdik və bizə hər zaman ölkəmizlə bağla suallar verilirdi. Dərslərdə, qrup işlərində biliklərimizlə ön plana çıxmağa çalışırdıq. Montpellier universitetinin ikili diplom proqramında UNEC-in 18 tələbəsi ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən 34 tələbə iştirak edirdi. Qürurverici haldır ki, proqramı bitirən tələbələr arasında imtahan nəticələrinə görə UNEC tələbələri ön sıralarda yer alırdı. Sıralamada qrup yoldaşım Kənan Rəhimov 2-ci, mən isə 4-cü yerdə idim.

Bir il təhsil haqqı ödəməklə Montpellier Universitetinin diplomunu qazanırsız!

Montpellier universitetində istər təhsil, istərsə tələbə mühiti çox fərqlidi və yüksək səviyyədə təşkil olunub. İnfrastruktur tələbələrin rahat təhsili və istirahəti üçün qurulub. Hər korpusda böyük və zəngin kitabxana kompleksləri fəaliyyət göstərir. Fransız vətəndaşları üçün bir çox universitetdə təhsil ödənişsizdir, sadəcə müəyyən akademik göstəricilər tələb olunur. Əcnəbi tələbələr üçün isə təhsil haqqında və əlavə xərclərdə güzəşt olunmur. Bu baxımdan UNEC-in tələbələrinə yaratdığı şans çox böyükdür. Düşünün ki, bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomuna sahib olursunuz! Bu imkandan yararlana bildiyim üçün çox şanslıyam.

Ölkəmizdən uzaqda olsaq da…

Əfsuslar olsun ki, təhsil aldığımız dövrün sonuna yaxın pandemiya ilə əlaqədar Fransada bütün məktəb və universitetlər bağlandı. Dərslərin bir çoxu artıq başa çatdığından onlayn imtahanlar və təqdimatlar vasitəsilə imtahanlarımızı tamamladıq, Digər dərslərə isə onlayn davam etdik.

Ölkəmizdən uzaqda olsaq da UNEC-dən mütəmadi olaraq bizimlə maraqlanırdılar. Pandemiya dövründə fakültəmizin dekanı, eləcə də Beynəlxalq əməkdaşlıq departamentinin nümayəndəsi bizimlə sıx əlaqə saxlayırdı və vəziyyətimizlə maraqlanırdılar. Tədris yekunlaşdıqda isə ilk reyslə ölkəmizə qayıtdıq.

Tələbələrə tövsiyəm…

Fransızlar ingilis dilində danışmağa meyilli deyillər deyə, dil barədə bir az çətinliklər yaşadım. Mədəniyyətlərimiz hər nə qədər fərqli olsa da dərslərdə interaktiv iştirak etdikcə, müxtəlif xalqların nümayəndələrini tanıdıqca, əslində fərqlərin o qədər də vacib olmadığını gördüm.

Proqramda iştirak etmək istəyənlər nəzərə alsınlar ki, ingilis dilində təhsil alacaqlar və dil biliklərini öncədən təkmilləşdirsinlər. Təbii ki, Fransaya getdikləri üçün müəyyən qədər fransız dili bilikləri olsa yaxşıdır. Dərslərə daha çox fokuslansınlar, çünki beynəlxalq mühitdə ən çox biliklərimiz dəyər görür.

UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO) - Gallery Image UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO) - Gallery Image UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO) - Gallery Image UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO) - Gallery Image UNEC tələbəsi: “Bir il təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız!” (FOTO) - Gallery Image


Etiketlər:  UNEC tələbəsi təhsil haqqı ödəməklə Montpellier universitetinin diplomunu qazanırsız FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ