Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqanı tərk etdilər

La Liqanı tərk etdilər

Tarix: 17 Iyul 2020 13:22

İspaniya La Liqasını tərk edən ikinci komanda məlum olub.

Qol.az xəbər verir ki, 37-ci turda “Qranada”ya 1:2 hesabı ilə uduzan “Malyorka”nın elita ilə vidalaşması dəqiqləşib. 32 xalla 20 komanda arasında 19-cu olan komanda son turun nəticəsindən asılı olmayaraq La Liqada qala bilməyəcək.

“Malyorka” ötən il Sequndadan La Liqaya yüksəlmişdi.

Qeyd edək ki, bundan əvvəl “Espanyol”un da elitanı tərk edəcəyi rəsmiləşib.
 


Etiketlər:  Liqanı tərk etdilər


RƏYLƏR