Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının mərkəzində su kəmərində qəza olub: 4 rayonda su verilməsi dayandırılıb

Bakının mərkəzində su kəmərində qəza olub: 4 rayonda su verilməsi dayandırılıb

Tarix: 17 Iyul 2020 16:18

Bakı. Samir Əli - Trend:

Bakıda su kəmərində qəza baş verib.

Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Etiketlər:  Bakının mərkəzində kəmərində qəza olub rayonda verilməsi dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ