Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi

Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi

Tarix: 18 Iyul 2020 18:18

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müraciətdə qeyd olunub ki, Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 256 nömrəli Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti 2020-ci il 5 avqust saat 06:00-dək uzadılıb.

Bildirilib ki, xüsusi rejim Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərini və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarını əhatə edir.

"Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, eləcə də olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilərin icazəsi 21 iyundan etibarən tətbiq edilmiş qaydalar əsasında həyata keçiriləcək.

(Daha ətraflı - https://migration.gov.az/press/news_content/14090)

Həmçinin olduğu yer və ya yaşayış yerini tərk etmək üçün verilən icazə müddətinin 2 saatdan 3 saatadək artırılmasını nəzərə alaraq, müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlərin (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməsi zəruridir. Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etmək xahiş olunur", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ