Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 20:57
Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Məktubda Rəyasət Heyətinin Sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə dərin başsağlığını çatdırmağı dövlətimizin başçısı İlham Əliyevdən xahiş edib.
O, ümidvar olduğunu bildirib ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq.