Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kondisionersiz necə yatmaq olar? - HƏKİM RƏYİ

Kondisionersiz necə yatmaq olar? - HƏKİM RƏYİ

Tarix: 18 Iyul 2020 22:20

Vaxtımızın çoxunu evdə keçirdiyimiz pandemiya şəraitində istilik və hava çatışmazlığı məsələləri ön plana keçir. Yay sezonunda müxtəlif vasitələrlə özümüzü günün istisindən qorumağa çalışırıq. Onlardan ən məşhuru kondisionerdir. Çoxları bu sərinlədici cihaz olmadan həyatını təsəvvür etməsələr də, bəziləri yayı kondisionersiz keçirməyə məhkumdurlar. Bəs kondisioner olmadan evi necə sərinlətmək olar?

Bu barədə Rusiya Somnoloqlar Cəmiyyətinin üzvü, həkim Alyona Maksimova telekanalların birində məlumat verib.

Alyona Maksimovanın sözlərinə görə, sərinliyi təmin etmək üçün otaqda hava nəmləndirici cihaz artıqlıq etməyəcək: "Heç bir hava nəmləndiricisi yoxdursa, otağa soyuq su ilə dolu çanaq qoymaq olar. Bu otağı soyutmayacaq, amma havanın az da olsa, nəmlənməsini təmin edəcək. Amma mənə elə gəlir ki, kondisioner bu halda ən optimal seçimdir"

Həkim bildirib ki, evdə kondisioner olmadığı təqdirdə, evin pəncərələrini açmaq lazımdır, eyni zamanda yataq otaqlarının qızmaması üçün oradakı pərdə və pəncərələri bağlamaq lazımdır.

Mütəxəssis, həmçinin yorğan olmadan yatmağı və ya kətan, yaxud pambıq yorğandan istifadə etməyi məsləhət görüb.

O əlavə edib ki, isti havada sintetik örtük dərinin nəfəs almasını əngəlləyərək insan orqanizminə pis təsir edə bilər.


Etiketlər:  Kondisionersiz necə yatmaq olar HƏKİM RƏYİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ