Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 22:48
Texnologiya nəhəngi Apple müqaviləyə əsasən, lazımi qədər almadığı üçün Samsung-a 950 milyon dollar cərimə ödəyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət sözügedən cəriməni Samsung Display ilə imzaladığı satınalma qarantiyasına uymadığına görə ödəməli olub.
Məlumat üçün qeyd edək ki, şirkətlər bu tip müqavilərlə endirim əldə edərək külli-miqdarda vəsaitə qənaət edə bilirlər. Şərtlərə əməl etməyən tərəf isə, əlbəttə, bunun cəzasını çəkməli olur.
Apple-ın da başına məhz bu gəlib. Yetərincə OLED panel satın almadığından bu ilin ikinci rübündə cərimələnib.
Vurğulamaq yerinə düşər ki, iPhone 12-də 2348×1084 piksel 476 PPI Samsung istehsalı olan 5,4 düymlük, 12 Max-da 2540×1174 piksel 460 PPI LG Display/BOE istehsallı 6,1 düymlük OLED ekran yer alır. Bu ekranlar 60 Hz yenilmə sürətinə sahibdir və 8 bit rəng dərinliliyi verə bilir. 12 Pro modelində 6,1 düymlük 2540×1174 piksel 460 PPI 10 bitlik, 12 Pro Max isə 2785×1293 piksel 459 PPI 6,7 düymlük Samsung istehsallı 10 bitlik OLED ekranla təchiz olunub.
Onu da xatırladaq ki, Apple və Samsung arasında bu tərz cərimə ödənişi daha əvvəl də olub.