Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçikalı yarımmüdafiəçi ''Neftçi''də - Rəsmi

Belçikalı yarımmüdafiəçi ''Neftçi''də -  Rəsmi

Tarix: 19 Iyul 2020 00:28

"Neftçi” daha bir legioner futbolçunu transfer edib.
 
Qol.az klubun saytına istinadən xəbər verir ki, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə 2 il müddətinə müqavilə bağlanıb. 24 yaşlı futbolçu 29 nömrəli formanı geyinəcək.

Sabir Buqrin Belçikanın "Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı transfer etmişdi.

 


Etiketlər:  Belçikalı yarımmüdafiəçi Neftçidə Rəsmi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ